Yüklənir...

Mediasiya haqqında nələri bilməliyik?

Ətraflı

Biz kimik ?

Mediator İlkin İbrahimov - 9 saylı Mediasiya Təşkilatının mediatoru

Mediasiya Şurasında reyestr nömrəsi: M00012

Əlaqə nömrəsi: +994 (70)  290 13 57

Könüllü və məcburi  mediasiya ilə bağlı 9 saylı Mediasiya Təşkilatına müraciət edə bilərsiniz.

Ünvan: AZ1003, Bakı şəhəri, Ziya Yusifzadə küçəsi 133, Bayıl qəsəbəsi, Səbail ray.
Tel:(+994 50) 245 22 26, 
(+994 70) 245 22 26
(+994 12) 377 12 02/03
Faks: (+994 12)377 12 04
email: [email protected]

Mediasiya.az-a onlayn müraciət üçün link:

https://docs.google.com/forms/d/e/1FAIpQLSd6riQcyI7r7LZ1XgkdPDvgxcBbncKlmnI15PRkU-fAJT2WWg/viewform

Mediasiya nədir ?

Mediasiya nədir ?

Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edildi, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Mediasiyanın tətbiqi belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq. Cavab "xeyr" olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif ediləcək.

Yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxacaq.

İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquq sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq.

Mediator kimdir?

Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.

Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.

Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.

Mediator kimdir?

Proses necə aparılır?

 2022-ci il, yanvarın 5-dən Bakı və Abşeron üzrə Mediasiya Şurası yeni mütərəqqi qaydalar tətbiq etməyə başlayıb. Bu Mediasiya Təşkilatlarıdır . Hazırda Bakı və Abşeron üzrə bir sıra  Mediasiya Təşiklatı qeydiyyatdan keçmişdir. Bu qeydiyyat yəqin ki, son deyil. Davam edir. Belə ki, məhkəmələr tərəfindən məcburu qəbul edilən , qanunla tələb olunan  "ilkin mediasiya proseslərinizi"  9 saylı Mediasiya Təşkilatının mediatorları tərəfindən həll edilə bilər.

Ünvan:  AZ1003, Bakı şəhəri, Ziya Yusifzadə küçəsi 133, Bayıl qəsəbəsi, Səbail ray.

Rüsumlar

Rüsumlar aşağıdakı kimi müəyyən edilib:

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə

50 AZN

Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə

50 AZN

İddia qiyməti 500 manatadək olduqda

20 AZN

 

İqtisadi mübahisələr üzrə

 

İddia qiyməti 500 manatadək olduqda

20 manat

İddia qiyməti 501 manatdan 1000 manatadək olduqda

40 manat

İddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda

60 manat

İddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda

100 manat

İddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda

200 manat

İddia qiyməti 50000 manatdan çox olduqda

400 manat

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.