Mediasiyaya proseduru ilə bağlı bir sıra stereotiplər yaranıb
Mediasiyaya proseduru ilə bağlı bir sıra stereotiplər yaranıb .
Belə ki, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru İlkin İbrahimov bildirir ki, məsələn, bir çox insanlar hesab edir ki, mediasiya yalnız ailə hüququ mübahisələri üçün uyğundur və ya tərəflərin mübahisənin mahiyyəti ilə bağlı ürəkdən danışmaq məcburiyyətində qaldıqda terapiya kimi bir şeydir.
Mediasiya hətta kommersiya mübahisələrinin həllində səmərəsiz bir üsul kimi də görünür.
Qeyd etmək lazımdır ki, bütün bu ifadələr həqiqətdən uzaqdır və kommersiya mübahisələrinin məhkəməyə getmədən həllinin alternativ üsulu kimi mediasiya getdikcə daha çox istifadə olunur. Adətən, uğurla həll edilən biznes mübahisələri çox mürəkkəbdir lakin real şəraitdə mediasiya prosedurunun imkanlarından düzgün istifadəsi səmərəli nəticə verir. Tam müvəffəqiyyətlə yekunlaşdırdığım kommersiya işlərindən gələn təcrübə mənə onu deyir ki, işə çəkilən zəhmət və seçilmiş düzgün mövqe bir qayda olaraq uğura aparır.