Yüklənir...
Uşaqla ünsiyyətdə olmaqdan imtina edən ataların sayı artıb

Uşaqla ünsiyyətdə olmaqdan imtina edən ataların sayı artıb

Ailələr dağıldıqdan sonra uşaqla ünsiyyətdə olmaqdan imtina edən ataların sayı artıb. 

Bir çox atanın uşağın yaşayış yerindən xəbəri yoxdur və aliment öhdəliklərini yerinə yetirməkdən imtina edirlər. Çox vaxt mediasiya aparmaq üçün  aliment ödəmək istəməyən ataları axtarmalı oluruq. 

Alimentlərin  ödənilməsi və ya ödənilməməsi, ataları  məsuliyyətdən azad etmir, uşaqla ünsiyyəti itirməyə  onların heç bir haqqı yoxdur. Çünki uşağın puldan da çox, hər iki valideyinin qayğısına onlarla  ünsiyyətə dəstəyinə ehtiyacları var. Atalar bu ünsiyyəti övladlarından əsirgəməməlidirlər, analar isə yaranmış situasiyada övladlarıyla manipulasiya edib ataya qarşı neqativ hisslərlə bəsləyərək uşaqlarda artıq travma və komplekslər yaratmamalıdır.

Hər iki valideyin uşaqlara xoşbəxt uşaqlıq bağışlamağa çalışmalıdır.